“Rəqəmsal dövrdə süni intellektin təsiri ilə qrammatikanın və dilin inkişafı”mövzusunda elmi seminarı keçirildi

Gəncə Dövlət Universitetinin “Praktik Xarici dillər” kafedrasının baş müəllimi İlhamə Rüstəmovanın “Rəqəmsal dövrdə süni intellektin təsiri ilə qrammatikanın və dilin inkişafı”mövzusunda elmi seminarı keçirildi

Müasir dövrdə rəqəmsal texnologiyalar və süni intellekt dilin inkişafına, xüsusilə də ingilis dilinin qrammatik quruluşuna ciddi təsir göstərir. Sosial şəbəkələrdə və mesajlaşma platformalarında insanlar daha qısa, sürətli və qeyri-rəsmi ifadələrdən istifadə edirlər. Bu isə durğu işarələrinin, cümlə quruluşlarının və dil normalarının istifadəsində müəyyən dəyişikliklərə səbəb olur.

Eyni zamanda, ChatGPT və Grammarly kimi süni intellekt alətləri yazı prosesini asanlaşdırır və qrammatik səhvlərin aradan qaldırılmasına kömək edir. Lakin bu vasitələrdən həddindən artıq istifadə insanların fərdi yazı üslubuna və yaradıcılığına mənfi təsir göstərə bilər.

Müəllim qeyd etdi ki, müasir dövrdə əsas məqsəd yalnız qrammatik qaydaları öyrənmək deyil, həm də dilin müxtəlif ünsiyyət mühitlərində düzgün və məqsədəuyğun istifadəsini bacarmaqdır. Buna görə də ali təhsildə tələbələrə həm akademik yazı bacarıqları, həm də süni intellekt vasitələrindən düzgün və tənqidi istifadə qaydaları öyrədilməlidir. Nəticə olaraq, süni intellekt və rəqəmsal texnologiyalar dilin inkişafında mühüm rol oynasa da, dil mədəniyyətinin, akademik dürüstlüyün və fərdi düşüncənin qorunması hər zaman vacibdir.