“Regional layihələrdə dil irsimiz və turizm” mövzusunda panel müzakirəsi keçirildi

29.10.2026-cı il tarixdə Gəncə Dövlət Universiteti Filologiya və xarici dillər fakültəsi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Regional layihələrdə dil irsimiz və turizm” mövzusunda panel müzakirəsi keçirildi.

Panel müzakirəsinin moderatoru Gəncə şəhər Heydər Əliyev Mərkəzinin fond müdiri Mələk Qurbanova idi.

Tədbirdə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı Yadigar Əliyev, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, “Kainat Travel Agency” şirkətinin əməkdaşı İmamverdi Vəliyev və turizm bələdçisi, bloqer Ramil Valehsoy iştirak etdilər.

Müzakirənin əsas məqsədi dil irsinin qorunması və təbliği, milli-mədəni dəyərlərin yaşadılması, eləcə də regional layihələrin turizmin inkişafındakı rolunu diqqət mərkəzinə gətirməkdir. Panel çərçivəsində dil və mədəniyyətin turizm potensialının tanıdılmasında əhəmiyyəti, regionun tarixi-mədəni irsinin təbliği və bu sahədə yeni əməkdaşlıq imkanları müzakirə olundu.

Tədbir regionun dil və mədəni irsinin qorunması, turizm imkanlarının genişləndirilməsi, eləcə də gənclərin bu sahələrə marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb etdi.