Fakültəmizin uğuru

Son illər Gəncə Dövlət Universitetində tədrisin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müxtəlif böyük islahatlar keçirilir və nailiyyətlər əldə edilir. Müəllimlər öz üzərlərində daima çalışırlar. O, cümlədən Xarici dillər fakültəsinin  professor-müəllim heyəti, doktorantları və alimləri də elmi axtarış edirlər.

         Belə ki, “Leksika və ölkəşünaslıq” kafedrasının müdiri, dosent Kazımova Sevda Aqil qızının 2023-cü ildə “Tərcüməşünaslıq və tərcümə üsulları” adlı dərs vəsaiti çapdan çıxmışdır. Həmçinin Sevda xanımın bir neçə fənn proqramları, ölkəmiz və xarici ölkə konfranslarında,  beynəlxalq jurnallarda məqalələri nəşr edilmişdir. Buna misal olaraq, onun  Amerikanın Boston şəhərində, Hollandiya və Polşanın beynəlxalq konfranslarında və jurnallarında dərc edilən məqalələrini misal göstərmək olar.

Sevda xanım bacarıqlı kafedra müdiri, təşkilatçı alim olmaqla yanaşı, müasir Azərbaycan qadınlarına örnək olan rol model bir Azərbaycan xanımı və pedaqoqdur. Tələbə və müəllimlərin sevimlisi olan Sevda xanım eyni zamanda, Vətənimiz üçün əxlaqlı, qeyrətli, vətənpərvər övladlar yetişdirən bir anadır. Qarşıdan gələn bayramlar münasibəti ilə Sevda xanımı təbrik edir, gələcək elmi fəaliyyətində və işlərində  ona uğurlar arzulayırıq!