“Kar samitlər” mövzusunda açıq dərs
Kafedra: Rus dili Müəllim: Bağırova Sevinc Fənn: Xarici dilin kommunikativ fonetikası-1 Mövzu: “Kar samitlər” İxtisas: Xarici dili müəllimliyi (rus dili) I kurs
Kafedra: Rus dili Müəllim: Bağırova Sevinc Fənn: Xarici dilin kommunikativ fonetikası-1 Mövzu: “Kar samitlər” İxtisas: Xarici dili müəllimliyi (rus dili) I kurs
Fakültəmizin birinci kurs tələbələri Universitetin tarixi və nailiyyətləri ilə tanış olmaq üçün Universitetin muzeyində oldular. Onların çoxsaylı suallarını fakültə dekanı dosent Əjdər Əsgərov və Humanitar məsələlər üzrə dekan müavini f.f.d Arzu Babayeva cavablandırmışlar.
Bildiyimiz kimi, DAAD (Alman Akademik Mübadilə Xidməti) tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər Almaniya dövləti tərəfindən tam mailiyyələşdirilir. Təşkilat demək olar, dünyanın bir çox ölkələrində məlumat mərkəzləri ilə təmsil olunur. DAAD (Alman Akademik Mübadilə Xidməti) Azərbaycanın və Almaniyanın bütün ali təhsil müəssisələri arasında körpü rolunu oynayır. […]
Beynəlxalq Müəllimlər günü münasibətilə rektor Yusif Yusibovun əmri ilə Xarici dillər fakültəsinin əməkdaşları – Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Aslanova Məleykə İsfəndiyar qızı, Leksika və ölkəşünaslıq kafedrasının müəllimi Tağıyeva Aytəkin Rəfael qızı fəxri fərmanla, Orucov Məhərrəm Alı oğlu, Rüstəmova İlhamə Saleh qızı , Allahverdiyeva Ayşən Bəylər qızı təşəkkürnamə ilə təltif olundular.
Praktik xarici dillər fakültəsinin baş müəllimi İbrahimova Vüsalə İlqar qızına Filologiya elmləri sahəsi üzrə Fəlsəfə doktoru diplomu verilmişdir.
Hər il olduğu kimi bu dərs ilində də fakültəmizdə Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayevanın və fakültə fəallarının təşkilatçlığı ilə “Conversation club” təşkil olundu. İlk görüş 30 sentyabr tarixində baş tutdu. Universitetimizə dəvət olunmuş əcnəbi müəllim Andrew Tartakosky seçilmiş mövzu ilə bağlı təqdimat etdi , müxtəlif müzakirələrə qoşulan tələbələr dil bacarıqlarını inkişaf etdirdilər. Diskussiya […]
Gəncə Dövlət Universitetinin prorektoru, dosent Gülsüm Fətəliyeva və Xarici dillər fakültəsinin bir qrup müəllimi və tələbələri 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində Ə.Rəfibəyli küçəsi, “Qələbə” parkının yaxınlığında dağılan ərazini ziyarət ediblər.
Gəncə Dövlət Universitetinin Xarici Dillər fakültəsinin 2003-cü il məzunları 20 ildən sonra bir araya gəliblər. Məzunlar fakültə dekanı Əjgər müəllimlə görüşüblər. Qeyd edək ki, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müəllimi Cəlilova Türkan, Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Əliyeva Günel, Praktik dillər kafedrasının müəllimi Qasımova Samirə də fakültənin 2003-cü il məzunlarıdır.
Bakı şəhərində 24-26 iyun 2023-cü il tarixlərində Rus Humanitar Missiyası adlı qrumun təşkil etdiyi ” Azərbaycanda Rus dili – Yeni Üfüqlər adlı müsabiqənin I mərhələsinin qalibləri uçun master-klass keçirilmişdir. Xarici dillər fakültəsi Rus dili kafedrasının əməkdaşları dosent Əliyeva Sevda Cəlal qızı və dosent Bağırova Sevinc Nadir qızı I müsabiqənin qalibləri olmuş və sertifikatla təltif edilmişlər.