sevincimiz bir kədərimiz bir
Deyirlər dərdi bölüşəndə yüngülləşir. Qardaş türk xalqının dərdini bölüşürük və dəhşətli zəlzələnin yaratdığı çətinlikləri bizim, bütün dünyanın köməkliyi ilə aradan qaldıracağına inanırıq.
Deyirlər dərdi bölüşəndə yüngülləşir. Qardaş türk xalqının dərdini bölüşürük və dəhşətli zəlzələnin yaratdığı çətinlikləri bizim, bütün dünyanın köməkliyi ilə aradan qaldıracağına inanırıq.
Fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ baş verib. Türkiyədə zəlzələ qurbanlarının sayı 3 000 nəfərə çatır. Azərbaycanın FHN-in 41 əməkdaşı yardımlar üçün Türkiyəyə yollanır. Xarici dillər fakültəsinin professor-müəllim heyəti bu ağır, kədərli hadisəyə üzülür, Türkiyəyə dərin hüznlə başsağlığı verirlər. Ölənlərə […]
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla […]
Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə – müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın […]
Nazim Hikmətin anadan olmasının 120 illiyinə həsr olunmuş respublika elmi konfransında fəal iştirakına və Nazim Hikmət poeziyasında vətənpərlik motivləri mövzusunda məruzəsinə görə Cahan Ağamirova SERTİFİKAT təltif edilmişdir.
Alman dili kafedrasının IV kurs tələbəsi Yusifli Aybənizin acıq dərsi keçirildi.