Universitetin V və VI korpuslarında fəaliyyət göstərən tibb otağı Xarici dillər, Filologiya və Riyaziyyat İnformatika fakültələrinin tələbələrinə ilkin tibbi yardım göstərmək üçün fəaliyyət göstərir.
Korpusun tibb bacısı Çinarə Atakişiyeva daim tələbələr arasındadır və ehtiyac olanda onlara ilkin yardım göstərir. Tibb otağında ilkin yardım üçün avadanlıqlar və dərman ləvazimatları vardır. Tibb bacısı mütəmadi olaraq, tələbələr arasında tibbi profilaktik söhbətlər aparır.


