“Əmək bazarı və işsizlik” haqqında olan məqalələrin tərcüməsi mövzusunda açıq dərs

17.04.2025-ci il tarixdə Fransız dili kafedrasının baş müəllimi Anar Həmidovun III kurs fransız dili müəllimliyi ixtisasında Mətbuat materiallarının tərcüməsi fənnindən “Əmək bazarı və işsizlik haqqında olan məqalələrin tərcüməsi mövzusunda açıq dərsi oldu.

Mövzuyla bağlı Anar müəllim qeyd etdi ki, bu tib məqalələrdə işlənən terminlər öz spesifikliyi ilə seçilir. Onların hədəf dildə uyğun variantda verilməsi tərcüməçidən çox böyük dəqiqlik və bu sahə üzrə informasiya bolluğunu tələb edir. Müəyyən terminlərin ana dilində qarşılıqların  olması bu işdə tərcüməçinin köməyinə çata bilər. Bəzən də uyğun ekivalentin tapılması hədəf kütlədə anlaşılmazlığa gətirib çıxara bilər. Açıq dərsdə məhz bu məsələlərin müzakirəsi öz əksini tapmışdır.

Açıq dərsdə Xarici dillər fakültəsinin dekanı dos.Ə.Əsgərov, Fransız dili kafedrasının müdiri dos (at-sız) M.Orucov, Praktik dillər kafedrasının müdiri dos.Z.Əliyeva, Alman dili kafedrasının müdiri dos E.Atakişiyev Xarici dillər fakültəsinin dekan müavini b/m M.Aslanova iştirak edirdilər.