Pedaqoji təcrübə
Xarici dillər fakültəsi Xarici dil müəllimliyi (Rus dili) ixtisasının IV kurs tələbələri İsmət Qayıbov adına I nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə
Xarici dillər fakültəsi Xarici dil müəllimliyi (Rus dili) ixtisasının IV kurs tələbələri İsmət Qayıbov adına I nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə
Tələbəmiz Aişə Məmmədova tərəfindən həyata keçirilən “Qarabağı Tanıt!” layihəsi uğurla yekunlaşıb. Aişə Məmmədova Gəncə Dövlət Universitetinin Xarici Dillər fakültəsinin 3-cü kurs tələbəsidir. Universitetimizin fəal gənci və bir çox layihələrin iştirakçısıdır. Layihə çərçivəsində Gədəbəy rayonunda yaşayan istedadlı gənclər 4 gün ərzində öz rəsm əsərlərini nümayiş etdiriblər. Nümayiş olunan əsərlərdə əsasən Qarabağın tarixi, memarlığı və mədəniyyəti əks […]
Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli […]
16 mart 2022-ci il saat 1200 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ XARİCİ DİLLƏR FAKÜLTƏSİ ELMİ ŞURASİNİN 2022/2023 TƏDRİS İLİNƏ AİD 07 SAYLİ İCLAS PROTOKOLU GÜNDƏLİK MƏSƏLƏ: DAK komissiyasının tərkibi Fakültə üzrə İxtisas fənlərinin tədrisi vəziyyəti Fakultə Tədris -metodiki şuranın hesabatı Dövlət İmtahanı və Buraxılış İşi komissiyasının tərkibinin təsdiqi Cari məsələlər GÜNDƏLİK MƏSƏLƏ: 24 fevral 2023-cü […]
Ali Attestasiya Kommissiyasının qərarı ilə 02.03.2023-cü il tarixdə Hacıyeva Səbinə Mübariz qızına Filologiya üzrə Fəlsəfə doktoru elmi dərəcəsi adı verilmişdir. Bu münasibətlə Xarici dillər fakültəsinin dekanı dosent Əjdər Əsgərov və fakültəmizin müəllimləri Səbinə müəllimi təbrik etdilər və işlərində uğurlar arzuladılar.
İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə tanınır. Türk mifologiyasına görə, bu dövrdə yatmış torpaq oyanaraq insanları aclıqdan qurtarır. Əkinçilər əkin-biçinə başlayır, yer şumlanır, toxum səpilir. Həmin gün axşam tonqallar qalanar, hamı od ətrafında yığışar. İlaxır çərşənbə xalqımız üçün çox əzizdir. O […]
13.03.2023-cü il tarixdə Leksika və ölkəşünaslıq kafedrasının müəllimi Zeynalova Səbinə Zakir qızının Xarici dil bacarıqları fənnindən Xarici dil müəllimliyi (İngilis I kurs) “Top five most extreme places to live in the world!” mövzusunda açıq dərsi keçirildi.
Qloballaşan dünyada bəşəriyyətin qarşısında dayanan ən aktual problemlərdən biri sağlam həyat tərzinə keçid və onun qorunub saxlanılması ilə bağlıdır. İnsan zərərli vərdişlərlə dünyaya gəlmir. Bunların hər biri, həyat tərzindən asılı olaraq, insan həyatının fərqli dövrlərində qazanılmış vərdişlərdən ibarətdir. Bu zərərli vərdişlərə qarşı profilaktik tədbirlərin görülməsi, həmçinin maarifləndirmə konsepsiyası inkişaf etmiş dövlətlərin hər birinin prioritet ictimai- […]
Gəncə şəhərində qonaq olan Almaniyanın ölkəmizdəki səfiri Ralf Norleman 07.03.2023-cü il tarixdə Gəncə Dövlət Universitetində olmuş, Universitetimizin rektoru, professor Yusif Yusibovla görüşmüşdür. Görüşdən sonra Universitetin V korpusunda yerləşən Xarici dillər fakültəsində Alman dili ixtisasında oxuyan tələbə və müəllimlər qarşısında çıxış etdi və onların çoxsaylı suallarını cavablandırdı. Hörmətli səfir professor-müəllim heyəti və tələbələrlə xatirə şəkli çəkdirdi. […]