“Medianın həyatımıza təsiri, Məşhurlar və onların təsiri”mövzusunda açıq dərs

02.05.25 tarixində leksika və ölkəşünaslıq kafedrasının müəllimi Ayşən Hüseynovanın “Medianın həyatımıza təsiri Məşhurlar və onların təsiri” mövzusunda açıq dərsi keçirildi

Məqsəd : Medianın və məşhurların gündəlik həyatımıza ,psixologiyamıza və cəmiyyətə təsirini anlamaq.Tələbələrin lüğət ehtiyyatını qramamtik biliklərini , danışıq və dinləmə bacarıqlarını inkişaf etdirnək.

Medianın rolu : Media nədir ? Ənənəvi və rəqəmsal media növləri.

Təsiri : Sosial münasibətlər ,ünsiyyət, ictimai fikrin formalaşması

Dərs zamanı tələbələr tanınmış şəxslərdən birini seçərək onun haqqında məlumat verir, verilmiş suallar ətrafında qrup və ya fərdi şəkildə müzakirələr edilir.

Xarici dillər fakültəsinin ingilis dili müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi Kərimova Ləman Rəşid Behbudov haqında ümumi məlumat verdi. K.Ləman həmçinin onun film karyerası haqqında danışdı və Rəşid Behbudovun sənətindəki önəmli dövrlərini qeyd etdi.Onun ən tanınan filmlərindən biri olan ”Arşın mal alan    “və digər filmləri haqqında məlumat verildi.Xüsusilə ”Arşın mal alan” filmindən bir səhnənin video görüntüsü təqdim olundu.Hüseynova İlahə Leonardo Dicaprio haqqında məlumat verdi. O Leonardo Dicaprionun həyatını və oynadığı filmləri izah etdi. Daha sonra, onun ən məşhur filmlərindən olan “Titanic” filmindən bir səhnə göstərildi və bu barədə danışıldı.Tələbələr video məlumat təqdim edərkən yeni sözlər və ifadələrdən istifadə etdilər.Bu onların danışıq bacarıqlarını inkişaf etdirməyə imkan yaratdı.