“Ailə” mövzusunda açıq dərs

Fransız dili kafedrasının baş müəllimi Abbasova Yaqutun açıq dərsi oldu.

Fənn: Xarici Dil bacarıqları

Mövzu: La famille (Ailə)

Qrup: III kurs tələbələri

Tarix: 28.04.25

Dərsin növü: Praktik məşğələ

Dərsin məqsədi:

Tələbələrin ailə mövzusunda şifahi ifadə bacarıqlarını inkişaf etdirmək, yeni leksikanı praktiki şəkildə tətbiq etdirmək və dinləmə-anlama fəaliyyətlərini gücləndirmək.

Dərsin strukturu:

Motivasiya: Tələbələrlə “ailə nədir?” sualı ətrafında sərbəst fikir mübadiləsi.

Yeni sözlər: Ailə üzvləri ilə bağlı lüğət (le père, la mère, les enfants, le frère, etc.)

Dinləmə fəaliyyəti: Fransız dilində ailə haqqında dialoqu dinləmə və suallara cavab.

Cütlərlə iş: “Ma famille” mövzusunda təqdimatlar.

Yaradıcılıq: Tələbələrdən ailə ağacı çəkmək və onu fransız dilində təqdim etmək.

Qiymətləndirmə və refleksiya: Tələbələrin çıxışları və müəllim tərəfindən şifahi rəy.

Əldə olunmuş nəticələr:

Tələbələr mövzuya aid əsas leksikanı və ifadələri aktiv şəkildə tətbiq etdilər.

Dinləmə və danışıq fəaliyyətlərində fəallıq göstərildi.

Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyətləri müşahidə olundu.