30.05.2025-ci il tarixində Gəncə Dövlət Universiteti, Xarici dillər fakültəsində “Qrammatika və ingilis dilinin tədrisi” kafedrasının müdiri, dos. Abdullayeva Elnarə Kamandar qızının və kafedranın baş müəllimi Ağayeva Türkan Səyavuş qızının müəllif olduqları “İngilis dilinin müqayisəli fonologiyası” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimində Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Xarici dillər fakültəsinin dekanı dos. Əjdər Əsgərov, Xarici dillər fakültəsində tədris işləri üzrə dekan müavini Aslanova Məleykə İsfəndiyar qızı, “Qrammatika və ingilis dilinin tədrisi kafedrasının” müəllimləri və fakültənin tələbələri iştirak etdilər.
Müəlliflər vəsaitlə bağlı izahlı çıxış etdilər. 3-cü kursda tədris olunan “Xarici dildə müqayisəli fonoloji üslub” adlı fənnin tədrisi üçün nəzərdə tutulan vəsait, müasir tələblərə uyğun şəkildə tərtib edilmişdir. Tələbələr üçün əhəmiyyətli olacağı vurğulandı. Kitabla tanış olan müəllim və tələbələr müəlliflərə uğurlar arzu etdilər, vəsaiti bəyəndiklərini qeyd etdilər.









