“[q] və [k] samitləri” mövzusunda açıq dərs

Xarici dil müəllimliyi I kurs Fransız dili ixtisasında kafedranın baş müəllimi Şahnaz Şamilovanın “Fransız dilinin” fonetikası fənnindən [q][k] samitləri mövzusunda açıq dərsi olmuşdur. Keçən dərsdə öyrənilən [t] [d] samit səslərinə dair şeir parçalarından ibarət,tələbələr tərəfindən hazırlanmış kiçik videolar proyektor vasitəsilə sinifdə təqdim edildi. Müəllim tərəfindən şeirlərin tələffüzü zamanı edilən fonetik səhvləri düzəldi.Yeni dərsin mövzusu olan [g] [k] samitlərinə aid yanitmac və kiçik şeiri lövhəyə yazdı. Bu səslərin əmələ gəlməsini səs-hərf əlaqələrini izah etdi.Tələbələrin yanıltmac və şeiri düzgün tələffüz etmələrinə diqqət yetirdi. Sonda tələbələr fransız dilinin [g] [k] səslərini tələffüz etmək üçün nəzərdə tutulmuş kiçik mahnını oxudular. Fonetika dərsinin bu cür,mahnı,şeir yaniltmaclarla tədrisi dərsi daha canlı və əyləncəli etdi.

Açıq dərsin təşkili müəllimlər tərəfindən yüksək qiymətləndirildi.