“Ulu öndər heydər əliyev”

Fakültəmizin humanitar məsələlər üzrə dekan müavini Arzu Babayevanın təşkilatçılığı iləÜmummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan prorektor Gülsüm Fətəliyeva Heydər Əliyevin həyat yolundan, onun Azərbaycançılıq ideyalarından danışdı. Dekan Əjdər Əsgərov Heydər Əliyevin xarici aləmdə Azərbaycanın tanidılmasında, müstəqil dövlət kimi formalaşmasındakı misilsiz rolundan bəhs etdi. Alman dili kafedrasının baş müəllimi Kərimova Vüsalə Heydər Əliyev Haqqında hazırladığı fotokompozisiya ilə ulu öndərin fəaliyyətinə başdan sona qədər diqqəti cəlb etdi. Prezident İlham Əliyevin layiqli davamçı olduğu vurğulandı. Tədbir Fakültə tələbələrinin təşkil etdiyi video kompozisiya ilə yekunlaşdı.