Tələbələrimiz “Debat və danışıq” klubunda

Fakültəmizdə Dekan Əjdər Əsgərovun və dekan müavini Arzu Babayevanın təşkilatçılığı, fakültə fəallarımızdan Aybəniz Verdiyeva və Murad Talıbovun iştirakı ilə tələbələrin asudə vaxtlarının səmərəli təşkili, ingilis dilinin təkmilləşdirilməsi yönümündə növbəti danışıq klubu baş tutub. “İngilis dilinin öyrənilməsində filmlərin rolu” adlı debat və danışıq klubunda tələbələr mövzu ilə bağlı fikir mübadiləsi aparıblar, filmlərin dilin öyrənilməsində müsbət və mənfi tərəflərini müzakirə ediblər.