Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin təşkilatçılığı ilə Gəncə uşaq evinə ziyarət olunub. Ziyarətdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva, Xarici dillər fakültəsinin III kurs tələbələri iştirak etmişdilər. Onlar uşaqların tələbatları ilə maraqlanmış, dəftər, qələm, karandaş və sair kimi ehtiyac olunan ləvazimatlar ilə onları təmin etmişlər. Uşaq evinin müdiri kimsəsiz uşaqlara göstərilən bu diqqət və qayğının yüksək qiymətləndirildiyini, tələbələrin bu təşəbbüsunun uşaqları sevindirdiyini vurğuladı.