20 aprel 2022-ci tarixdə Gəncə Dövlət Universitetinin Xarici Dillər fakültəsinin fransız dili kafedrasının təşkilatçılığı ilə Azərbaycanda 2022- ci ilin “Şuşa ili” elan olunması ilə bağlı ədəbi – bədii kompazisiya keçirilmişdir. Tədbirdə Azərbaycan – Fransa institunun direktor müavini cənab Jonatan Ünlü iştirak etmişdir. Tədbiri giriş sözü ilə GDU-nun Humanitar imləri üzrə prorektoru Gülsüm Fətəliyeva açmışdır. 2022- ci ilin “Şuşa ili” elan edilməsi haqqında ölkə Prezidentinin sərancamı oxunmuşdur. Sonra “Əziz Şuşa sən azadsan” adlı ədəbi – bədii kompozisiya təqdim olunmuşdur. Tələbələrin ifasında Şanlı Ordumuzun 44 günlük müharibədə qazandığı qələbəyə həsr olunan çıxışları böyük rəğbətlə qarşılanmışdır. Bir birindən maraqlı və rəngarəng mahnı, rəqs və tamaşalar zalda əyləşmiş qonaqların ruhunu oxşamışdır.
Onu da qeyd etmək lazımdır ki, tədbirdən öncə 3 universitet Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universiteti fransız dili ixtisasında oxuyan tələbələr arasında keçirilən “Natiqlik” müsabiqəsinin nəticələri elan olunmuşdur. Sevindirici haldı ki, Universitetimizin fransız dili ixtisasının 4-cü kurs tələbəsi Məmmədova Müjgan qalib gələrək yayda Lion şəhərinə 2 həftəlik səyahət paketini qazanmışdır. 2-ci yeri isə 3-cü kurs tələbəsi Xəlilova Arzu layiq görülmüşdür. Tədbirin sonunda qaliblər mükafatlandırılmışdır.