Gəncə Dövlət Universiteti Xarici dillər fakültəsi Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Qasımova Samirə Firuddin qızının “Müxtəlif dillərdə təfəkkür feillərinin linqvistik təhlili” adlı kitabı nəşr olunmuşdur.
Monoqrafiyada Azərbaycan və ingilis dillərində təfəkkür feillərinin dildə mənimsənilməsi, leksik, struktur-semantik xüsusiyyətləri ilk dəfə olaraq zəngin faktlarla geniş şəkildə araşdırılmışdır. Təfəkkür felləri əqli fəaliyyət semantik sahəsini əhatə edən bir neçə qrupu özündə birləşdirir. Bu semantik sahənin mərkəzində əqli proses bildirən fellər və əqli fəaliyyətin nəticəsini əks etdirən mənalı feillər təşkil edir. Məhz onlar təfəkkür feillərinin leksik-semantik qrupunu təşkil edir, insanın vəziyyəti və əqli xüsusiyyətini əks etdirən feillər əqli fəaliyyət semantik sahəsinin periferdiyasında yerləşir. Verilən sahədəki bütün qruplar üçün ümumi əsas onların fikrə münasibətidir. Hər iki müqayisə olunan dildə təfəkkür feillərinin əksəriyyəti təsirli feillərdir.
Kitabdan tələbələr, doktorantlar, müəllim və tədqiqatçılar istifadə edə bilərlər.