Azərbaycan Alman Dili Müəllimləri Birliyinin və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə respublikamızın qərb bölgəsindəki ümumtəhsil məktəblərində və universitetlərdə alman dili fənnini tədris edən müəllimlər üçün seminar təşkil olunub.
Təşkil olunmuş görüşdə DAAD (Alman Akademik Mübadiləi Xdməti)-nin nümayəndələri Mara Liza Gezer, Michael Beek, ÖAD(Avstriya Akademik Mübadilə Xidməti)-nin nümayəndələri Stefanie Matzer, İvana Pazin, Azərbaycan Alman Dili Müəllimləri Birliyinin sədri Lətifə Qurbanova, digər nümayəndələri-Birliyin sədr müavini Zəhra Alıyeva, Elmi katibi Qahirə Axundova, İdarə heyətinin üzvləri Sevinc Rzayeva və Mina Rzayeva iştirak ediblər.