28.10.2026-cı il tarixində Qrammatika və İngilis dilinin tədrisi kafedrasının baş müəllimi Sadıqova Gülər Fizuli qızının “Qrammatikada akademik yazı üslubu” fənnindən “Esselərin təsnifatı və sadə cümlələrin akademik yazıda istifadəsi” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə Filologiya və xarici dillər fakültəsinin dekanı dosent Yadigar Əliyev, kafedranın müdiri dosentElnarə Abdullayeva, tədris işləri üzrə dekan müavini baş müəllim Məleykə Aslanova, Alman dili kafedrasının müdiri dosent Elvin Atakişiyev, proqram özünüqiymətləndirmə komissiyasının üzvü baş müəllim Türkan Cəlilova iştirak etmişlər. Dərs müasir tələblərə uyğun və interaktiv şəkildə təşkil olunmuşdur. Dərs müddətində istifadə olunan müxtəlif tapşırıqlar tələbələrin aktivliyini təmin etməyə yönəlmişdir.



