Gəncə dövlət universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə mütəmaddi şəkildə tələbələrarası müxtəlif idman yarışları keçirilir və qalib olan tələbələr universitet tərəfindən mükafatlandırılır. Noyabrın 20-də Gəncə Dövlət Universitetinin V tədris binasında Xarici dillər fakültəsinin dəstəyi ilə tələbələrarası dama yarışına start verildi. 30 nəfər gəncin iştirak etdiyi yarışda fakültəmizin III kurs tələbəsi Əhmədov Bəhri I yerə sahib olaraq növbəti tura keçməyə şans qazandı.