21 Sentyabr Birləşmiş Millətlər Təşkilatı tərəfindən Beynəlxalq Sülh Günü elan edilmişdir. Bu gün Xarici Dillər fakültəsinin professor-müəllim heyəti və tələbələr Sülh Gününə həsr olunmuş tədbir keçirdilər.
Tədbirdə Fakültə dekanı Dosent Əjdər Əsgərov və digər müəllimlər çıxış etdilər. Rəmzi olaraq Sülh quşu-göyərçin havaya buraxıldı. Tədbirin devizi “Qarabağda sülh-Dünyaya sülh” olmuşdur.