Yeni Dərs İliniz Mübarək!

     Hər il olduğu kimi Gəncə Dövlət Universitetinin rəhbərliyi 1-ci kursa daxil olmuş tələbələrlə 2-ci tədris korpusunun önündə görüş keçirdi. Universitetimizin rektoru prof. Yusif Yusifov 1-ci kursları və onların valideynlərini təbrik etdi, təhsildə uğurlar arzuladı.

     Xarici Dillər fakültəsinə daxil olmuş tələbələrlə fakültə rəhbərliyinin görüşü universitetin 5-ci tədris korpusunda keçirildi. Tələbələrə lazım olan bütün məlumatlar verildi. Onlar dərs cədvəli, iş rejimi ilə tanış oldular. əlavə olaraq qeyd edək ki, bu il fakültəmizə 600 baldan yuxarı nəticə göstərmiş 8 nəfər daxil olmuşdur, bu isə əvvəlki illərə nisbətən daha çoxdur və fakültəmizə olan marağın daha da artığının bariz nümunəsidir.