Gəncə Dovlət Universitetinin təşkilatçılıgı ilə 31 № li məktəbdə Alman dili kafedrasının müəllimi Camalzadə Xanım Mərkəz qızının nümunəvi açıq dərsi təşkil edildi. Dərsin mövzusu „Wir helfen unseren Eltern“ – (Biz valideynlərimizə kömək edirik”) 63 sinfinin proqramına uyğun olaraq tədris edildi. Camalzadə Xanım Mərkəz qızı tərəfindən həyata keçirilən dərs müasir tədris metodlarına, kurikulum üzrə, innovativ üsullara istinad edilirdi. Camalzadə Xanım Mərkəz qızı sinfin şagirdlərini iki yarımqrupa böldükdən sonra, hər bir yarımqrup üzrə tələb olunan işləri icra etməyə başladı. Sinfin şagirdləri fəal və hər bir şagird tapşırılan işlərini fərdi, daha sonra qrup halında yerinə yetirirdilər.
Dərsdə Təcrübə və karyera şöbəsinin əməkdaşları dosent M.Məmmədov və dosent C.Qarayev, Xarici dillər fakültəsinin dekanı Ə.Əsgərov, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dosent M.Rəhimov, Alman dili kafedrasının müdiri f.f.d. E.Atakişiyev, kafedranın müəllimi S..Səmədova, 31 № li məktəbin direktoru E.Əsgərova, direktor müavini E.Qurbanov, məktəbin sinif rəhbəri E.Ömərova, fənn müəllimləri P.Hacıyeva, V.Fətəliyeva və digər pedaqoji kollektivin nümayəndələri G.İsmayılova iştirak etdilər.
Dərsin müzakirəsi zamanı dəvət olunmuş pedaqoqlar müəllimə Camalzadə Xanım Mərkəz qızı tərəfindən təqdim edilən dərsi müsbət qiymətləndirdilər.