NOVRUZ BAYRAMINIZ MÜBARƏK

İLAXİR ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!

d1b7fed8d3c8

Hər çərşənbə axşamı qeyd olunan çərşənbələrdə hər kəs bir-biri ilə bayramlaşır, evlərdə plov dəmlənir, bayram süfrəsi açılır, tonqal qalanır, səməni cücərdilir. Və hər kəs müqəddəs çərşənbələri yüksək əhval-ruhiyyə ilə qarşılayır.

Sonuncu çərşənbəmiz Torpaq- xüsusilə fərqlənir… Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılışı mifindən qaynaqlanır.