


14.10.2026-cı il tarixdə Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Yaqut Hacıyeva tərəfindən Xarici dil bacarıqları fənni üzrə “The Myths and Facts of Happiness; Suffixes Forming Nouns and Adjectives” mövzusunda açıq dərs təşkil edildi.
İngilis dili müəllimliyi ixtisasının III kurs tələbələri ilə keçirilən açıq dərsdə “The Myths and Facts of Happiness” mövzusu müzakirə olundu, xoşbəxtlik anlayışının müxtəlif aspektləri araşdırıldı və bu mövzu ilə bağlı faktlar və miflər təhlil edildi. Tələbələr mövzu ətrafında fikir mübadiləsi apararaq ingilis dilində fikirlərini sərbəst ifadə etdilər, müzakirələrdə fəal iştirak etdilər və tənqidi təfəkkür bacarıqlarını nümayiş etdirdilər.
Dərsin qrammatik hissəsində isim və sifət düzəldən şəkilçilər izah edildi, onların söz yaradıcılığındakı rolu nümunələr əsasında araşdırıldı. Tələbələr sözlərin quruluşunu təhlil etdilər, yeni sözlər yaratmaq və onları kontekstə uyğun işlətmək üzrə tapşırıqları yerinə yetirdilər.
Dərs tələbələrin kommunikativ, analitik və qrammatik bacarıqlarının inkişafına, eləcə də gələcək pedaqoji fəaliyyətləri üçün metodik biliklərinin möhkəmləndirilməsinə xidmət etdi. Ümumilikdə, dərsin qarşıya qoyulmuş məqsədlərinə nail olundu, tələbələrin nəzəri bilikləri praktik fəaliyyətlə əlaqələndirildi və interaktiv təlim metodlarından səmərəli istifadə edildi.
Dərsdə;- Fakültə dekanı dosent Yadigar Əliyev, Leksika və ölkəşünaslıq kafedrasının müdiri dosent Sevda Kazımova və kafedranın əməkdaşları iştirak etdilər.