


Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudovanın 14.10.2026-cı il tarixdə Filologiya və xarici dillər fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası III kurs tələbələrinə “Azərbaycan onomastikası” fənnindən “Onomastik mənbə anlayışı” mövzusunda (mühazirə) açıq dərsi oldu.
Açıq dərsdə müəllim onomastik mənbələrin təsnifi, xarakteristikasi barədə məlumat verdi. Qədim abidələr, yazılı və şifahi ədəbiyyat, aşıq ədəbiyyatı, elmi ədəbiyyat, dialekt və şivələr, arxiv sənədləri və qeydlər, dövlət kartotekaları və dövri mətbuatın onomastik tədqiqatlarda rolunu, onomastik tədqiqatın prinsiplərini geniş izah etdi.
Dərsdə müxtəlif slaydlardan istifadə edildi ki, bu da mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaratdı. Mühazirə porosesində müxtəlif tipli suallardan istifadə edildi ki, bu da dərs boyu tələbələrin aktivliyinin saxlanılmasına müsbət təsir etdi. Mühazirənin sonunda müəllim “Onomastik mənbə” mövzusunun tədrisindən və ya öyrənilməsindən gözlənilən əsas nəticələrə nail oldu.
Açıq dərsdə fakültə dekanı dosent Yadigar Əliyev, Azərbaycan dili kafedrasının müdiri proffessor Telman Quliyev və kafedranın digər əməkdaşları iştirak edirdilər.