“ƏMƏK VƏ MƏRASİM NƏĞMƏLƏRİ ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

13 oktyabr 2026-cı il tarixində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəlllimi Pərvanə Quliyevanın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kursunda Şifahi xalq ədəbiyyatı fənnindən “Əmək və mərasim nəğmələri” mövzusunda keçdiyi açıq dərsi dinlənilmişdir. Dərs müəllim tərəfindən təlimata uyğun formada təşkil olunmuş, fənnə dair tədris resursları qaydalara uyğun şəkildə tərtib edilmişdi. Dərsdə mövzuya hazırlıq, tədris materiallarına yanaşma, dürüst və hərtərəfli şəkildə idi. Pərvanə Quliyeva Azərbaycan şifahi xalq ədəbiyyatının ilkin örnəkləri olan əmək və mərasim nəğmələrinin spesifik cəhətləri ilə bağlı tələbələrlə hərtərəfli sorğu təşkil etdi. Dərs yüksək fəallıq şəraitində keçdi.