I kurs tələbələri psixoloji xidmət mərkəzi ilə tanış oldular

Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsinin Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva və psixologiya kafedrasının baş müəllimi Hicran Verdiyeva I kurs tələbələrinə fakültədə fəaliyyət göstərən Psixoloji xidmət mərkəzi haqqında məlumat verdilər.

Tələbələrə mərkəzin fəaliyyəti, psixoloji dəstəyin əhəmiyyəti və tələbə həyatında qarşılaşa biləcəkləri çətinliklərin aradan qaldırılmasında psixoloji xidmətin rolu barədə məlumat təqdim olundu.

Psixoloji xidmət mərkəzində görüşlər hər həftənin birinci və ikinci günləri Psixologiya kafedrasının müəllimləri Hicran Verdiyeva və Səbinə Şahverdiyeva tərəfindən keçirilir.

Mərkəzin əsas məqsədi tələbələrin psixoloji rifahını dəstəkləmək, onların universitet mühitinə uyğunlaşmasına kömək etmək, emosional çətinliklərin öhdəsindən gəlmələrinə və şəxsi inkişaflarına dəstək göstərməkdir.