Fakültənin I kursları ilə maarifləndirici görüş keçirildi

07.10.2026-cı il tarixində Filologiya və xarici dillər fakültəsinin 1-ci kurs tələbələrinə tədris prosesinin təşkili, akademik qaydalar və tələbə hüquq-vəzifələri mövzusunda maarifləndirici görüş keçirildi. Görüşdə Gəncə Dövlət Universiteti PHŞ-nin Tyutor xidmətinin rəhbəri Rəşad Məmmədov və 1-ci kurs tələbələrinin tyutoru Bəylərli Lalə çıxış edərək daxili intizam qaydaları, davamiyyət tələbləri və imtahan sessiyasının xüsusiyyətləri barədə tələbələrə ətraflı məlumat verdilər. Yüksək fəallıqla keçən görüşdə tələbələri maraqlandıran suallar cavablandırıldı və onlara akademik fəaliyyətlərində uğurlar arzulandı.