“Texnologiyaların müasir təhsil sistemində rolu” adlı metod seminar

16.06.2026 tarixində Gəncə Dövlət Universitetinin Leksika və ölkəşünaslıq kafedrasının müəllimi Süsanə Məmmədovanın “Texnologiyaların müasir təhsil sistemində rolu” adlı metod seminarı keçrilmişdir.
Seminarda texnologiyanın müasir dövrdə insan həyatının ayrılmaz hissəsinə çevrilməsi və bununda öz növbəsində təhsilə olan təsirindən danışılmışdır. Seminarda həmçinin, təhsildə texnologiyalardan istifadənin genişləndirilməsinin tələbələrin bilik səviyyəsini yüksəltməsindən, tədris keyfiyyətini yaxşılaşdırmasından və eləcə də onlayn təhsilin önəmindən geniş şəkildə bəhs olunmuşdur.

Seminarda fakültə dekanı dosent Yadigar Əliyev və kafedranın bir qrup əməkdaşı iştirak etdilər.