

23 sentyabr 2026-cı il tarixində Filologiya və xarici dillər fakültəsinin I kurs tələbələri ilə tyutorların görüşü keçirilib. Görüş zamanı tələbələrə Universitetə uyğunlaşma, tədris prosesi, dərsə davamiyyət, imtahan qaydaları və tələbələrin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Həmçinin tələbələri maraqlandıran suallar cavablandırılıb. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində baş tutub.
Görüşdə, Filologiya və xarici dillər fakültəsinin tyutorları;- Bəylərli Lalə, Bayramova Aytən, Məhərrəmova Təhminə, Abdullayeva Solmaz tək-tək çıxışlar etdilər.