Təbrik edirik!

        Filologiya və xarici dillər fakültəsində Rus dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Əhmədovanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə çıxış edən Gəncə Dövlət Universiteti Azad Həmkarlar Komitəsinin sədri dosent Afaq Qasımova, İnsan resursları şöbəsinin müdiri Gülçöhrə Tağıyeva, Ümumi şöbənin müdiri Samirə Zeynalova, Filologiya və xarici dillər fakültəsinin dekanı dosent Yadigar Əliyev, Leksika və Ölkəşünaslıq kafedrasının müdiri dosent Sevda Kazımova, Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev, Tədris işləri üzrə dekan müavini Məleykə Aslanova, Fakültə Həmkarlar təşkilatının sədri Aynur Novruzova çıxış edərək yubilyarı təbrik etdilər. Çıxış edənlər Kəmalə Əhmədovanın səmərəli elmi-pedaqoji fəaliyyətini, ictimai fəallığını yüksək qiymətləndirərək ona can sağlığı, yeni-yeni uğurlar arzuladılar.

       Sonda dosent Kəmalə Əhmədova göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.