METODİK QRUPUN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

17iyun 2026-cı il tarixində Filologiya və xarici dillər fakültəsinin metod Qrupunun növbəti iclası keşirildi. İclası giriş sözü ilə metod qrupun sədri, Filologiya və xarici dillər fakültəsinin dekanı dosent Yadigar Əliyev açaraq iclas iştirakçılarını gündəlik duran məsələlərlə tanış etdi. 
1.Yüksək ixtisaslı mütəxəssis hazırlığında xüsusi əhəmiyyəti olan tədris və istehsalat təcrübəsinin təşkili və keçirilməsi ilə əlaqədar proqram və metodik təkliflərin hazırlanması.

2.Açıq dərslərin keçrilmə vəziyyəti.

3.Cari məsələ.

   Birinci məsələ barədə çıxış edən dos. Yadigar Əliyev  qeyd etdi ki, yüksək ixtisaslı mütəxəssis hazırlığında xüsusi əhəmiyyəti olan tədris və istehsalat təcrübəsinin təşkili və keçirilməsi ilə əlaqədar vaxtaşırı proqram və metodik təkliflərin hazırlanmışdır. GDU Elmi Şurasının 5 fevral 2025-ci il tarixli iclasında isə “GDU üzrə təcrübələrin təşkili və qiuymətləndirilməsi qaydaları” təsdiq edilmişdir. Burada ixtisas üzrə təcrübə keçmə qaydaları, təcrübənin məqsədləri, növləri, təcrübənin təşkili, təcrübənin qiymətləndirilməsi, maddi təminat, təqdim ediləcək pedaqoji təcrübə hesabatının hazırlanmasına verilən tələblər, təcrübənin işçi proqramı, fərdi plan və s. sənədlər haqqında məlumatlar verilmişdir.

 Açıq dərslərin keçrilmə vəziyyəti barədə məlumat verən dos. Yadigar Əliyev qeyd etdi ki, Filologiya və xarici dillər fakültəsinin kafedralarında 2025/2026-cı tədris ilinin yaz semestrində tədris olunan fənlər üzrə açıq dərslərin cədvəli semestrin əvvəlində hazırlanmış, fakültə dekanlığına təqdim edilmişdir. Açıq dərslər cədvəldə göstərilən vaxtda keçirilmiş və kafedralarda müvafiq qaydada sənədləşdirilmişdir.

     3.Cari məsələdə ixtisas kafedralarından təqdim olunmuş proqram və dərs vəsaitləri müzakirə edilmiş, müəlliflərə irad və təkliflər bildirilmişdir. 

   Müzakirə olunmuş məsələlərə dair müvafiq qərarlar qəbul edilmişdir.