GDU-nun Filologiya və xarici dillər fakültəsi ilə Azərbaycan Texnologiya Universitetinin Xarici dillər kafedrasının birgə tələbə elmi seminarı keçirilmişdir

Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsi ilə Azərbaycan Texnologiya Universitetinin Xarici dillər kafedrasının birgə tələbə elmi seminarı keçirilmişdir

Seminarda hər iki ali təhsil müəssisəsinin professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər. Tədbirin əsas məqsədi tələbələrin elmi fəaliyyətə marağının artırılması, elmi-tədqiqat istiqamətində əməkdaşlığın genişləndirilməsi və müxtəlif sahələr üzrə fikir mübadiləsinin aparılması olub.

İştirakçılar filologiya, xarici dillər, kommunikasiya və müasir təhsil yanaşmaları ilə bağlı məruzələrlə çıxış ediblər. Məruzələr çərçivəsində aktual elmi mövzular müzakirə olunub, tələbələrin araşdırmaları dinlənilib və onların elmi fəaliyyətlərinin inkişafı istiqamətində tövsiyələr verilib.

Çıxış edənlər ali təhsil müəssisələri arasında bu cür əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, birgə layihələrin və elmi tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Seminar qarşılıqlı müzakirələr və tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.