Bu gün Alman dili kafedrasının müəllimi Ayşən Allahverdiyevanın Praktik tərcümə fənnindən Xarici dil müəllimliyi (alman dili) II kurslarda “Alman dialektləri” mövzusunda açıq dərsi keçirilmişdir.




Müəllim:- Alman dilində çox sayda dialekt mövcuddur və onlar bölgələrə görə fərqləndiyini qeyd edərək dərsin izahına başladı. Dialekt insanların gündəlik danışığında istifadə etdiyi yerli danışıq formasıdır. Almaniyanın demək olar ki, hər bölgəsinin öz dialekti var. Ən məşhur dialektlərə Bavariya, Şvab, Sakson və Köln dialektləri daxildir. Bəzi dialektlər standart alman dilindən çox fərqlənir. Buna görə başqa bölgədən olan insanlar həmin dialekti başa düşməkdə çətinlik çəkə bilər. Məktəblərdə əsasən standart alman dili — Hochdeutsch tədris olunur. Televiziya və rəsmi yerlərdə də daha çox Hochdeutsch işlədilir. Dialektlər Almaniyanın tarixini və mədəniyyətini əks etdirir.İnsanlar dialekt vasitəsilə hansı bölgədən olduqlarını göstərə bilirlər. Avstriya və İsveçrədə də alman dilinin fərqli dialektləri danışılır. İsveçrə alman dili bəzi almanlar üçün çətin başa düşülür. Dialektlərdə tələffüz, sözlər və qrammatika fərqli ola bilər. Almanlar dialektlərini qorumağa və gələcək nəsillərə öyrətməyə çalışırlar. Alman dialektləri dili daha zəngin, maraqlı və rəngarəng edir.
Dərsdə fakültənin dekanı dosent Əliyev Yadigar, dekan müavini Məleykə Aslanova, alman dili kafedrasının müdiri f.f.d.dosent Elvin Atakişiyev və kafedranın digər müəllim və laborant heyəti iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.