Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Günel Əliyevanın “Music in Our Life” mövzusunda tələbələrlə görüşü keçirildi





Danışıq klubunda universitetin tələbələri və müəllimləri iştirak edərək musiqinin insan həyatındakı rolu, müxtəlif xalqların musiqi mədəniyyəti və musiqinin gündəlik həyata təsiri barədə fikir mübadiləsi aparıblar. Görüş ingilis dilində təşkil olunub və iştirakçılar mövzu ətrafında sərbəst çıxışlar edərək dil bacarıqlarını nümayiş etdiriblər.
Diskussiya zamanı musiqinin insanların emosional vəziyyətinə təsiri, motivasiyaedici rolu, həmçinin gənclərin musiqi zövqü ilə bağlı maraqlı müzakirələr aparılıb. Tələbələr sevdikləri musiqi janrları və ifaçılar haqqında təqdimatlar edərək interaktiv fəaliyyətlərdə iştirak ediblər.
“Conversation Club”un təşkilində əsas məqsəd tələbələrin xarici dil biliklərinin inkişaf etdirilməsi, ünsiyyət bacarıqlarının artırılması və onların müxtəlif mövzular ətrafında sərbəst fikir ifadə etmələrinə şərait yaratmaqdır.
Tədbir iştirakçıların fəal iştirakı və maraqlı diskussiyalarla yadda qalıb.