07.05.2026-cı il tarixdə Gəncə şəhəri İ.Nəsimi adına 44 nömrəli məktəb-liseydə Azərbaycan dili və ədəbiyyatı ixtisasının IV kurs tələbəsi Nəzirə Əhmədova Azərbaycan dili fənnindən 6-cı sinifdə sınaq dərsi keçdi. Sınaq dərsdə Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev, Filologiya və xarici dillər fakültəsinin dekanı f.e.d. Yadigar Əliyev, təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, təcrübə rəhbəri b.m. Mətanət Mahmudova , GDU-nun məzunu və eyni zamanda həmin məktəbin müəllimi Günel Əsgərova və təcrübəçi tələbələr iştirak edirdilər. Dərs yüksək peşəkarlıqla təşkil olunmuşdu. Müəllim mövzunun şagirdlərin elmi potesialına uyğun, maraqlı və anlaşıqlı formada mənimsənilməsinə nail oldu. Müəllimin ‘bələdçi’ rolunda çıxış etməsi və şagirdləri öz fikir və mülahizələrini sərbəst bildirməyə təşviq etməsi təqdirəlayiq idi. Açıq dərsdə rəqəmsal alətlərdən, vizual vəsaitlərdən effektiv istifadə olunması dərsin səmərəliliyini artırdı.Ümumilikdə, dərs qənaətbəxş hesab edildi. Dərsin sonunda iştirakçı müəllimlər dərslə bağlı fikirlərini bildirdilər və təcrübəçi-tələbəyə uğurlar arzuladılar.





