Fakültədə “Akkreditasiyaya hazırlıq” ilə bağlı iclas keçirildi

10.07.2025-ci il tarixində Xarici dillər fakültəsində bütün kafedraların Professor müəllim heyəti, eləcədə texniki heyətin Təhsildə keyfiyyət təminatı agentliyinin növbəti akkreditasiyasına hazırlıq tədbirləri ilə bağlı iclası keçirilmişdir.

Fakültə dekanı Dos.Əjdər Əsgərov növbəti akkreditasiyaya hazırlıqla əlaqədar olaraq bütün sahələr üzrə sənədlərin tərtibatı və icrasında təlimatı tələblərin gözlənilməsi üçün fakültə kollektivi qarşısında duran vəzifələr, vaxtaşırı tədrisdə keyfiyyətin təminatı mərkəzinə məlumatın verilməsi barədə məlumat verdi. Qeyd etdi ki, növbəti akkreditasiyaya hazırlıq tədbirlərini vaxtında müəyyənləşdirmək və icra etmək lazımdır. Bununla əlaqədar kafedraların nəşr olunmuş dərslik, dərs vəsaitləri, universitetin kitabxanasına verilən dərsliklər, proqramlar və s. haqqında kafedralara müraciət olunub. Mövcud ixtisasların saxlanılması və ya yeni ixtisasların alınması akkreditasiyanın nəticələrinə əsasən müəyyənləşdirilir. Buna nail olmaq üçün kafedraların maddi bazasını möhkəmləndirməliyik. Dərs yükləri ixtisasa uyğun bölünməlidir. Mühazirə mətnləri, laboratoriya məşğələlərinin plan konspektləri müasir ədəbiyyat məlumatları ilə zənginləşdirilməlidir. Elmi yeniliklər tələbələrə çatdırılmalıdır. O cümlədən dərsliklərin, dərs vəsaitlərinin yazılmasına, elmi məqalələrin nəşrinə diqqəti artırmalıyıq. Hesab edirəm ki, qeyd olunanlar növbəti akkreditasiyaya hazırlaşmağımıza yaxşı kömək edəcəkdir.