Kateqoriya Arxivləri: Xəbərlər

“Das Perfekt” – (Mürəkkəb zaman forması – Perfekt)  mövzusunda açıq dərs

30.04.26 -cı il tarixində, Alman dili kafedrasının baş müəllimi Nigar İbrahimovanın “alman dili müəllimliyi” ixtisası 1-ci kursda “Xarici dilin kommunikativ qrammatikası” fənnindən açıq dərsi olmuşdur. Dərsin mövzusu “Das Perfekt” idi. Tələbələr öyrəndikləri Perfekt (mürəkkəb zaman forması) zamanına aid test və tapşırıqlar işlədikdən sonra, dinlədikləri mətndə bu zamana aid felləri tapmaqda fəal iştirak etdilər. Evə verilən […]

Davamı

Gəncə Dövlət Universitetində elmi seminar keçirilib

Gəncə Dövlət Universitetində fakültələrarası əməkdaşlığın gücləndirilməsi məqsədilə Filologiya və Xarici Dillər fakültəsi ilə Fizika və texniki fənlər fakültəsinin birgə təşkilatçılığı ilə “Elmi məqalələrdə struktur, plagiat təhlükəsi və akademik etika məsələləri” mövzusunda elmi seminar keçirilib. Seminarın əsas məqsədi tədqiqatçılar, müəllimlər, magistr və tələbələr arasında elmi yazı qaydaları, akademik dürüstlük prinsipləri və plagiatın qarşısının alınması istiqamətində maarifləndirmə […]

Davamı

“XIX əsr İngilis ədəbiyyatı. Romantizm. C.G.Bayron və V.Vordsvord” mövzusunda açıq dərs

27.04.2026- cı il tarixində Filologiya və xarici dillər fakültəsində Leksika və  ölkəşünaslıq kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Türkan Zeynalovanın  II kurs tələbələri üçün tədris etdiyi “Xarici ölkə ədəbiyyatı” fənni üzrə “XIX əsr İngilis ədəbiyyatı. Romantizm. C.G.Bayron və V.Vordsvord” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə İngilis ədəbiyyatı, Romantik dövr müəllim tərəfindən slaydlar vasitəsilə izah […]

Davamı

“Təhsil və tədqiqat innovasiyaları sahəsində yeni trendlər” mövzusunda Elmi seminar

28 aprel 2026-cı il tarixdə Gəncə Dövlət Universiteti Filologiya və xarici dillər fakültəsində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Azad qızı Namazovanın “Təhsil və tədqiqat innovasiyaları sahəsində yeni trendlər” mövzusunda Elmi seminarı uğurla reallaşdı. Olduqca aktual mövzudan bəhs edilən Elmi seminarda dosent Səba Namazovanın Təhsil və tədqiqat sahələrində innovasiyaların […]

Davamı

“Zamanın yaratdığı 120 yaşlı “Molla Nəsrəddin”i yenidən vərəqləyək…” mövzusunda Ustad dərsi

27 aptel 2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Azad qızı Namazovanın “Zamanın yaratdığı 120 yaşlı “Molla Nəsrəddin”i yenidən vərəqləyək…” mövzusunda Ustad dərsi keçirildi. Mütəşəkkil keçən bugünkü Ustad dərsi və dosent Səba Namazovanın dolğun, məzmunlu, dərin elmi araşdırmalara söykənən fakt və […]

Davamı

“Passiv və onun zaman formaları”; “Heyvanlar və ətraf mühit” mövzusunda açıq dərs

27 aprel 2026- cı il tarixində Filologiya və Xarici dillər Fakultəsinin Alman dili kafedrasının müəllimi Yusifli Arzunun alman dili müəllimliyi ixtisasının 1 ci kursunda Xarici dilin kommunikativ qrammatikası fənnindən açıq praktik məşğələ dərsi keçirilmışdir.Açıq dərsin mövzusu “Passiv və onun zaman formaları” və “Heyvanlar” və “Ətraf mühit” mövzusunda mətnlər olmuşdur.Dərsin əsas məqsədi fənnin tədrisində tələbələrdə Passiv […]

Davamı

“Bizim şəhərimiz Gəncə. İsimlərin ikinci hallanması” mövzusunda açıq dərs

Rus dili kafedrasının müəllimi Murquzova Lamiyə Nüsrət qızı tərəfindən Filologiya və Xarici dillər fakültəsinin İngilis dili müəllimliyi l kurs tələbələri üçün Наш город Ганджа. «Второе склонение существительных» mövzusunda XDİAK-1 (rus dili) fənni üzrə açıq dərs keçirilmişdir.Dərsdə doğma Gəncə şəhərimizin əhəmiyyətli tarixi binalara hər iki qəhrəmanın gözləri ilə baxıldı. Çökək hamam, Şah Abbas məscidinin tarixindən danışılır. […]

Davamı

“Almaniya Federal ölkə. Əyalətləri və başlıca xüsusiyyətləri” mövzusunda açıq dərs

24 aprel 2026-cı il tarixdə Alman dili kafedrasının baş müəllimi Vüsalə Kərimovanın Ölkəşünaslıq fənnindən, II kurs tələbələrinə “Almaniya Federal ölkə. Əyalətləri və başlıca xüsusiyyətləri” mövzusunda açıq dərsi keçirilmişdirSeminar müasir, interaktiv üslubda təşkil olunmuşdur, tam tələbələr tərəfindən idarə olundu və tam ətraflı cavablar, yarışmalar, çox əyləncəli zəngin cavablarla mövzunun tam aydın təqdim etdilər. Dərs-seminar Alman dili […]

Davamı

Elmi məqalələrin hazırlanmasında süni intellektin rolu adlı TEC təlim

Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Elmi məqalələrin hazırlanmasında süni intellektin rolu” adlı təlim-seminar keçirilmişdir. Təlimdə fakültənin dekanı Əliyev Yadigar, humanitar işlər üzrə dekan müavini Babayeva Arzu, tədris işləri üzrə dekan müavini Aslanova Məleykə, elmi işlər üzrə dekan müavini Məmmədova Mehriban, eləcə də fakültənin müəllim və tələbə […]

Davamı

monitorinq qrupu Filologiya və xarici dillər fakültəsində

Filologiya və xarici dillər fakültəsində 21 və 22 aprel 2026-cı il tarixlərində dosent Allahverdi Quliyevin rəhbərliyi ilə monitorinq qrupu tərəfindən tədrisin keyfiyyətinə nəzarət keçirilmiş, fənlərin tədrisində interaktivliyin, müasir təlim texnologiyalarından istifadənin əhəmiyyəti ilə baglı professor-müəllim heyəti ilə fikir mübadiləsi aparılmış, fikir və tövsiyələr dinlənilmişdir.

Davamı