“Hüseyn Cavid yaradıcılığının bədii estetik mahiyyəti” mövzusunda elmi seminar

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aygün Əhmədova “Hüseyn Cavid yaradıcılığının bədii estetik mahiyyəti” mövzusunda elmi seminarında böyük Cavidin zəngin və misilsiz yaradıcılığından, yüksək sənətkarlıq xüsusiyyətlərindən ətraflı bəhs etdi.
Elmi seminarda Gəncə Dövlət Universiteti Filologiya və xarici dillər fakültəsinin dekanı, dosent Yadigar Əliyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Səba Namazova, fakültənin elmi işlər üzrə dekan müavini, dosent (attestatsız) Mehriban Məmmədova, kafedranın professor-müəllim, həmçinin tədris-köməkçi heyəti və tələbələr iştirak etdilər.