xocalı faciəsini unutmayaq

Tarix heç nəyi unutmur.     1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar […]

Davamı

universitetimizin xarici əlaqələri genişlənir

Gəncə Dövlət Universitetində “ ERASMUS+KA1” layihəsi cərçivəsində ödənişsiz italyan dili kursu fəaliyyətə başlamışdır. Avropa Komissiyasının maliyə vəsaiti hesabına həyata keçirilən layıhə 01-16 fevralın arası fəaliyyət göstərəcək. Layihənin əsas məqsədi GDU-nin Xarici dillər Fakültəsinin 15-20 nəfər müəllim və doktorantı üçün İtalyan dili kursu təşkil etməkdir. Təlimlər Ka Foskari Venesiya  Universitetinin linqivistika və mədəniyyətlərarası münasibətlər kafedrasının müdiri, […]

Davamı

innovasiyalar departamentinin xarici dillər fakültəsində Qrant layihələri ilə bağlı seminarı

Seminar müəllimlərin müxtəlif qrantlı layihələrində iştirakı yollarını tapmaq üçün təşkil edilmişdir. Seminarda İnnovasiyalar departamentinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və Transfer texnologiyaları və marketinq şöbəsinin müdiri Razim Əliyev məruzələrlə çıxış etmişlər. Qərara alındı ki, belə seminarlar vaxtaşırı keçirilsin. Rus dili kafedrasının dosenti Kübra Ələkbərova  və Humanitar məsələlər üzrə dekan müavini b/m Samirə Qasımova fakültə […]

Davamı

Fakültəmizin yeni uğuru

Xarici dillər fakültəsi Alman dili kafedrasının müdiri f.f.d Atakişiyev Elvin Mübariz oğlu əməkdə və ictimai işlərdə əldə etdiyi xüsusi nailiyyətlərə görə Azərbaycan Azad Həmkarlar İttifaqı Komitəsinin “Fəxri fərman”ı  ilə təltif edilmişdir. “Fəxri fərmanı”  Elvin müəllimə Komitənin cədri Səttar Mehbalıyev şəxsən təqdim etmişdir. Fakültəmizin bütün kollektivi Elvin müəllimi bu uğuru münasibətilə təbrik edirlər

Davamı

20 yanvar

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tartixinə qanlı 20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

Davamı

fakültəmiz payız qış imtahan sessiyasında

Xarici dillər fakültəsinin tələbələri 2017/2018 tədris ilinin payız (qış) imtahan sessiyasında imtahanları yazılı, şifahi və test formasında verirlər. 4 yanvar 2018-ci il tarixində tələbələrimiz fonetika fənnindən şifahi imtahan verdilər. İmtahanlara İnavasiyalar üzrə prorektor millət vəkili Pərvin Kərimzadə nəzarət edirdi, Fakültənin qrupları arasında ən yüksək göstəriciyə Xarici dil müəllimliyi (İngilis- rus bölməsi) II kurs tələbələri nail oldular. […]

Davamı