fakültəmiz payız qış imtahan sessiyasında

Xarici dillər fakültəsinin tələbələri 2017/2018 tədris ilinin payız (qış) imtahan sessiyasında imtahanları yazılı, şifahi və test formasında verirlər. 4 yanvar 2018-ci il tarixində tələbələrimiz fonetika fənnindən şifahi imtahan verdilər. İmtahanlara İnavasiyalar üzrə prorektor millət vəkili Pərvin Kərimzadə nəzarət edirdi, Fakültənin qrupları arasında ən yüksək göstəriciyə Xarici dil müəllimliyi (İngilis- rus bölməsi) II kurs tələbələri nail oldular. Bütün imtahanlar yüksək səviyyədə təşkil edilmişdir. İmtahanları kütləvi informasiya vasitələri və valideynlər də müşahidə edirlər.