“Yaşıl dünya naminə həmrəy olaq!” adlı elmi-praktik konfrans

 Gəncə Dövlət Universitetinin Xarici dillər və Filalogiya fakültələrində “Yaşıl dünya naminə həmrəy olaq!” adlı elmi-praktik konfrans keçirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva  giriş sözü ilə çıxış edərək ekoloji tarazlığın və ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən səmərəli istifadə, eləcə də iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Prorektor təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq və yaşıllıqları artırmaq məqsədilə Gəncə Dövlət Universitetində həyata keçirilən işlərdən bəhs edib.