20 ildən sonra məzunlar bir arada
Gəncə Dövlət Universitetinin Xarici Dillər fakültəsinin 2003-cü il məzunları 20 ildən sonra bir araya gəliblər. Məzunlar fakültə dekanı Əjgər müəllimlə görüşüblər. Qeyd edək ki, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müəllimi Cəlilova Türkan, Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Əliyeva Günel, Praktik dillər kafedrasının müəllimi Qasımova Samirə də fakültənin 2003-cü il məzunlarıdır.
“Azərbaycanda rus dili -Yeni üfüqlər” adlı beynəlxalq müsabiqə
Bakı şəhərində 24-26 iyun 2023-cü il tarixlərində Rus Humanitar Missiyası adlı qrumun təşkil etdiyi ” Azərbaycanda Rus dili – Yeni Üfüqlər adlı müsabiqənin I mərhələsinin qalibləri uçun master-klass keçirilmişdir. Xarici dillər fakültəsi Rus dili kafedrasının əməkdaşları dosent Əliyeva Sevda Cəlal qızı və dosent Bağırova Sevinc Nadir qızı I müsabiqənin qalibləri olmuş və sertifikatla təltif edilmişlər.
diplom müdafiəsi
Bu gün Xarici dil müəllimliyi (İngilis dili) ixtisasında bir qrup tələbələrin diplom müdafiəsi oldu.
Qrammatika və ingilis dilinin tədrisi kafedrasının dosenti, f.f.d Elnarə Abdullayevanın kafedra müdiri seçilməsinin təqdimatı
Bu gün Gəncə Dövlət Universitetinin Humanitar məsələləri üzrə prorektoru Gülsüm Fətəliyeva, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının dosenti, f.f.d Elnarə Abdullayevanın kafedra müdiri seçilməsinin təqdimatını keçirdi. Təqdimatda Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov və kafedranın müəllimləri iştirak etdilər.
15 iyun Azərbaycan xalqının milli qurtuluş günü
İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bu gün […]
“mövludun mübarək əziz şəhidim”
Bu gün Gəncə Dövlət Universitetində şəhid Əlizadə Yüksəl İlqar oğlunun 27 yaşı əməkdaşlarımız tərəfindən ehtiramla yad edillir. “Cənnətdəki Ad Günün Mübarək İgidim”