20 ildən sonra məzunlar bir arada

Gəncə Dövlət Universitetinin Xarici Dillər fakültəsinin 2003-cü il məzunları 20 ildən sonra bir araya gəliblər. Məzunlar fakültə dekanı Əjgər müəllimlə görüşüblər. Qeyd edək ki, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müəllimi Cəlilova Türkan, Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Əliyeva Günel, Praktik dillər kafedrasının müəllimi Qasımova Samirə də fakültənin 2003-cü il məzunlarıdır.