Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdnində fəaliyyət göstərən CreART Mədəniyyət klubunun tələbələrlə görüşü

Görüşdə iştirak edən tələbələrə TGT və CreART Mədəniyyət klubunun mahiyəti, nəyə xidmət etməsi barədə ətraflı məlumat verilib. Bundan əlavə tələbələrin Gəncə şəhər mədəni-irs tarixini daha dərindən öyrənməsi məqsədi ilə Gəncə şəhərində yerləşən Mədəniyyət Nazriliyinin tableyində olan “Məhsəti Gəncəvi muzeyi” ziyarət edilib. Qədim tarixə malik Gəncə şəhərinin dəyərli şəxsiyyəti Məhsəti xanımın həyat və yaradıcılıqları ilə tələbələr tanış olmuş və xoş təəssüratlarla görüşü yekunlaşdırmışlar.