ictimaiyyətçi tələbələr

Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq kitabxanasında İngilis dilini gənc nəslə mənimsətmək məqsədilə həyata keçirilən “İngilis Dili” danışıq klubu layihəsində Fakültəmizin Xarici dil müəllimliyi (ingilis) ixtisasının III kurs tələbələri  Cavadova Sevda Sədrəddin qızı və Məmmədova İlhamə Nürəddin qızı könüllü kömək göstərdiklərinə görə, Kitabxana sisteminin direktoru, Əməkdar mədəniyyət işçisi Elmira Əliyeva Universitetimizin rektoru prof.Yusif Yusibov cənablarına, Fakültəmizə və yuxarıda adları çəkilən ictimmaiyyətçi tələbələrimizə minnətdarlığını bildirmişdir.

?

 

?