bəə-nin abu-dabi şəhərində böyük uğur

Gəncə Dövlət Universiteti Xarici Dillər fakültəsinin Xarici dil müəlllimliyi (Alman) ixtisasının II kurs tələbəsi Səmədova Aytac Rizvan qızı 7-23.03.2019-cu il tarixdə Azərbaycanın yığma komandası tərkibində Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Abu-Dabi şəhərində keçirilən Ümumdünya Xüsusi yay Olimpia oyunlarında iştirak etmişdir. Tələbəmiz  Paorlifting yay Olimpia oyunlarında 35 kiloqram çəkisi olmasına baxmayaraq 43 kiloqram çəkisi olanlarla yarışda “Deadlif” üzrə 1-ci yerə, “Suqat” üzrə 2-ci yerə, “Bench press” üzrə 3-cü yerə və ümumi komanda üzrə 2-ci yerə çıxmışdır.

Bu böyük uğur münasibətilə Universitetimizin rəhbərliyi və bütün kollektivimiz idmançı tələbəmizi təbrik edir və ona gələcəkdə daha böyük uğurlar arzulayır.