Xarici dillər fakültəsində monitorinq

29 mart 2019-cu il tarixdə Xarici dillər fakültəsində Universitetin “Monitorinq qrupu” üzvləri dosent Allahverdi Quliyevin rəhbərliyi altında I növbənin ikinci saatında olan bütün dərslərin monitorinqini aparmışlar. Monitorinqin rəhbəri dərslərin gedişinin müzakirəsi zamanı yoxlamanın nəticələrinin qənaətbəxş olduğunu   bildirdi. Dərslərin gedişinin müzakirəsi müəllimlərin iştirakı ilə aparıldı və onlara lazımi məsləhətlər və tövsiyələr verildi.