Orta məktəbdə açıq dərs

WhatsApp Image 2018-10-31 at 19.33.53 (1)WhatsApp Image 2018-10-31 at 19.33.45

Gəncə Dövlət Universitetinin orta məktəblərlə olan əlaqəsi günü-gündən genişlənir. 31.10.2018-ci il tarixində 43 saylı tam orta məktəbdə “İngilis dilinin tarixi və əhəmiyyəti” mövzusunda 9,10,11-ci sinif şagirdləri üçün açıq dərs keçirildi. Açıq dərsi Xarici Dillər fakültəsinin təcrübəli alimi, Azərbaycanın əməkdar müəllimi, dosent Allahverdi Həmidov apardı. Məktəbin şagirdləri və müəllim kollektivi açıq dərsdən çox razı qaldı. Açıq dərsdə Universitetin, Xarici Dillər fakültəsinin və orta məktəbin müəllimləri iştirak etdilər. Belə dərslər silsilə xarakterdə keçiriləcəkdir.